33 C
Bakı
20 İyul 2025 13:24
DünyaSiyasət

Aİ-nin sanksiya tətbiq etdiyi Azərbaycan şirkəti kimə məxsusdur? – DETALLAR

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketi çərçivəsində 18 xarici şirkətə, o cümlədən Azərbaycanın “Aqua Fleet Management” şirkətinə qarşı da sanksiya tətbiq edib.

Tacxeber.com“Teleqraf”a istinadən xəbər verir ki, “Aqua Fleet Management” şirkəti 100 manat nizamnamə kapitalı ilə 2024-cü ilin avqusunda qeydə alınıb.

Sahibi İremadze Kaxaber olan şirkətin rəsmi ünvanı belədir: Sumqayıt şəhəri, Sülh küçəsi, 5-ci bina, 25-ci mənzil.

Şirkətin neftdaşıma fəaliyyəti ilə məşğul olduğu bildirilir. “Aqua Fleet Management”in adları “Saurri” və “Ederra” iki tankeri, “Temirro” adlı ümumi yük gəmisi fəaliyyət göstərir. Gəmilərin beynəlxalq sularda Kamerun bayrağı altında üzdüyü bildirilir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Proqnozu Yeni ildən bir neçə saat əvvəl gerçəkləşdi – Nostradamus daha nələr deyib?

admin

Rusiyalı general-polkovnik Ukraynada öldürüldü

redaktor

Türk xalqına tarix dərsi vermək heç kəsin həddinə deyil! – Çavuşoğludan Baydenə cavab

redaktor