24 C
Bakı
19 İyul 2025 09:34
CəmiyyətDigərTəhsil

Üstəlik sənə də bozarır ki, sən mənə yol göstərən çıxmısan?

Bərdə kəndləri bərbad gündədir. İnsanların təhsilsizliyi, öz həyatlarına biganəliyi demək olar ki, taban döyür. Suvarma kanalları və arxları, eləcə də otlaq sahələrinin kənarları büsbütün zibilliklər içərisində batıb gedir. Qaratəpə Mustafağalı yolunda arx içərilərinin təmmizlənməsi nəticəsində yol kənarında əməlli başlı zibil təpəlikləri yaranıb.

Təqribən bir ilə yaxındır ki, Bərdə kəndlərində yaşayıram. İnfeksion xəstəlikdən “ölmüş heyvan cəsədini nə edək?” deyə soruşanda, kənd insanının sənə ilk göstərdiyi yer ya kəndin içərisindən keçən Qarabağ kanalı olur, ya da su arxları. Oturub başa salırsan ki, bu arxların suyundan həm də sizlərin heyvanları su içir, niyə belə ? Cavab olaraq deyilir ki, onsuz da hamı belə edir.

Gözünün qarşısında əlində dərman qabları, plastik tullantılar “sən atma ora” deyə deyə, yenə də su arxlarına atılır. Və üstəlik dönüb hələ sənə də bozarır ki, sən mənə yol göstərən çıxmısan? Qalırsan qırılan qırıla, partlaya partlaya… Nə deyəsən ?

Kənd insanlarının bəziləri isə deyir ki, kəndlərdə zibil yeşikləri olmadığı üçün insanlar əllərinə keçən zibilləri su arxlarına və ya yol kənarlarına atmaq məcburiyyətində qalırlar.

Bərdə rayon İcra hakimiyyəti, Bərdə Bələdiyyəsi, Bərdə Kənd İcra Nümayəndəlikləri və Bələdiyyələri bu məsələlər ilə bağlı sizcə ölçü götürülməməlidir? İnsanlar ilə görüşlər, toplantılar keçirilməli və durumun təhlükəsi, törədə biləcəyi fəsadlar insanlara başa salınmalıdır…!

 

Ərəstun Əlizadə

Tacxeber.com

Oxşar xəbərlər

Buraya getsəniz ölüm yaşaya bilərsiniz! Özü cənnət, yaşayışı isə cəhənnəm KƏND – VİDEO

redaktor

Küçəyə atılan professoru görməyənlər – İsa Həbibbəyli, icra başçısı, deputatlar…

admin

Təyyarədə uçuş zamanı sərnişinlərin üzləşdiyi GİZLİ TƏHLÜKƏ

redaktor