37 C
Bakı
14 İyul 2025 14:30
DünyaSiyasət

Son 3 ildə 6-cı dəfə ağız açdı: Paşinyan Makronu yenə Ermənistana dəvət etdi

Tacxeber.com xəbər verir ki, Paşinyan bu barədə Fransanın milli bayramı olan Bastiliya Günü münasibətilə müraciətində bildirib. Bu, son üç ildə altıncı dəvətdir.

“Mən sizi bu il Ermənistanda dövlət səfərində qəbul etməyi səbirsizliklə gözləyirəm. Hörmətli cənab prezident, ən yüksək ehtiramımı qəbul edin”, – Paşinyan yazıb.

Ermənistanın baş naziri mesajında qeyd edib ki, Ermənistan və Fransa arasında ümumi dəyərlərə və çoxəsrlik dostluğa əsaslanan tarixi əlaqələr iki ölkə arasında dövlətlərarası münasibətlərin inkişafında əsas əhəmiyyət kəsb edir. Paşinyan qeyd edib ki, yüksək səviyyəli sıx siyasi dialoq və səmərəli əməkdaşlıq Makronun “möhkəm qətiyyəti” sayəsində bu gün “strateji tərəfdaşlığa çevrilib”.

“Biz həmçinin dost Fransanın davamlı mühüm dəstəyini və Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olunmasına yönəlmiş şəxsi səylərinizi yüksək qiymətləndiririk”, – Ermənistan baş nazirinin mesajında deyilir.

Fransa prezidentinin Ermənistana ilk və sonuncu səfəri 2018-ci ilin oktyabrında olub.2023-cü ildə isə erməni mətbuatı Makronun sentyabrın 21-də, Ermənistanın Müstəqillik Günündə gələcəyini yazıb. Ancaq səfər baş tutmayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Çin ordusu ABŞ esminesini Çin ərazi sularını tərk etməyə “məcbur etdi”

admin

İranda Xameneinin yerinə kim gələcək? – Video

redaktor

Norveç dənizi istiləşdi: Mig-31-lər havada

admin