37 C
Bakı
14 İyul 2025 14:50
CəmiyyətGündəmHadisəQalmaqalSiyasət

Milli Məclisdə “Media haqqında” Qanuna dəyişikliklər təsdiqlənilib

İyulun 14-də Milli Məclis “Media haqqında” Qanuna təklif edilən dəyişiklikləri qəbul edib. Dəyişikliklər media sahəsində fəaliyyət göstərən xarici hüquqi şəxslərin Azərbaycandakı nümayəndəliklərinin media subyekti kimi tanınmasını nəzərdə tutur.

Dəyişikliklərə əsasən, xarici media qurumlarının filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra 7 iş günü ərzində Media Reyestrinə daxil edilməlidir. Qanun pozulduqda və ya Media Reyestrindən çıxarıldıqda həmin qurumların fəaliyyəti dayandırılacaq və onların saytlarına giriş məhdudlaşdırılacaq.

Yeniliklərə görə, xarici jurnalistlər və nümayəndəliklərdə çalışan əməkdaşlar Media Reyestrinə daxil edilməyəcək. Eyni zamanda, mediada saxta məlumatların dərcinə qadağa qoyulur.

Qanun layihəsi informasiya agentlikləri üçün də tələbləri sərtləşdirir. Agentliklərin azı 20 media orqanı ilə müqaviləsi və 5 xarici ölkədə akkreditə olunmuş jurnalisti olmalıdır.

Media subyektlərinin adlarının ictimai qaydalara, mənəviyyata və əxlaqa uyğun olması, istifadəçiləri çaşdıran ifadələrdən istifadə edilməməsi də yeni tələblər arasındadır.

Media Reyestrinə daxil olmayan çap və onlayn media subyektlərinin fəaliyyətinə xitam veriləcək. Eyni zamanda, reyestr tələblərinə əməl etməyən media qurumları xəbərdarlıqdan sonra pozuntuları davam etdirərsə, reyestrdən çıxarılacaq və saytlarına giriş məhdudlaşdırılacaq.

Qanunvericilik dəyişikliklərinə əsasən, Media Reyestrində qeydiyyatsız çap məhsulları yayıldığı halda, fiziki şəxslər 500-1000 manat, vəzifəli şəxslər 1500-2500 manat, hüquqi şəxslər isə 3000-5000 manat cərimələnəcək.

Son dəyişikliklərə görə, qanunvericiliyin tələblərinə əməl etməyən xarici media qurumlarının filial və nümayəndəlikləri ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılacaq.

“Media haqqında” Qanun 2022-ci ilin fevralın 8-də təsdiq edilib.

Azərbaycanın müstəqil media nümayəndələri Konstitusiya Məhkəməsinə müraciət ediblər. Müraciətdə “Media haqqında” qanunun Avropa İnsan Hüquqları Konvensiyasına, Azərbaycan Konstitusiyasına zidd olduğunu bildiriblər.

Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini mətbuata dövlət nəzarətini gücləndirən “Media haqqında” qanunu ləğv etməyə çağırıb.

Avropa Şurası Nazirlər Komitəsi ötən ilin dekabrında hakimiyyət orqanlarını “Media haqqında” qanunu tam şəkildə Avropa Şurasının standartlarına uyğunlaşdırmaq üçün tədbirlər görməyə dəvət edən qətnamə qəbul edib.

Hökumət qurumları qəbul edilən qətnaməylə bağlı rəy verməyiblər. (AbzasMədia)

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan dünyada jurnalist həbsinə görə birinci beşliyə daxildir

admin

Əslində kişilər güclü qadınları sevir, amma zəiflərlə evlənir – Əvəzolunmaz qadın KİMDİR?

redaktor

Vasif Talıbov və Natiq Sadıqov arasında nələr baş verir?

redaktor