DünyaMuharibəSiyasət

Zaporojye AES-də atəş səsləri: MAQATE-dən HƏYƏCAN SİQNALI

Zaporojye Atom Elektrik Stansiyasında (AES) gecə saatlarında yüzlərlə atəş səsləri eşidilib. Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi bəyanat yayıb.

Tacxeber.comxəbər verir ki, MAQATE-nin stansiyada olan əməkdaşlarının məlumatına görə, atəş səsləri saat 22:00 radələrində başlayıb və təxminən bir saat davam edib. Qrossi bu hadisəni “qeyri-adi hal” kimi dəyərləndirib və belə silahlı fəaliyyətlərin nüvə obyektləri yaxınlığında qəbuledilməz olduğunu vurğulayıb.

Səhər keçirilən texniki baxış zamanı mütəxəssislər 5-ci və 6-cı reaktorların yaxınlığında onlarla giliz aşkarlayıblar. Lakin infrastrukturda hər hansı zədələnmə qeydə alınmayıb.

Agentlik baş verənlərlə bağlı ətraflı izahat və əlavə məlumat tələb etdiyini açıqlayıb. (Konkret.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya-Ukrayna münaqişəsində nə baş verir

redaktor

KTMT parçalanır

admin

Bu onun ilk və son dəfə təyyarəyə minməyi idi

admin