Axı nəyə görə insanın tale yolunda bütün uğursuzluqlar bir yerə yığılır və o yığının adını sənət qoyurlar. Axı bu, sənətin günahı deyil. Bu, bəlkə də başqa yolların çöküşünün sənətdə görünməsidir. Elm bizi xilas etmir, başqa yollar bizi uzağa aparmır və biz qayıdıb sənətə sığınılacaq son dayanacaq kimi baxırıq. Bu, təslimiyyətin özü deyilmi? Əgər sənətə, yalnız başqa yolların gətirmədiyi xoşbəxtlik üçün sarılırıqsa, o zaman sənət, bir faciə alətinə çevrilir.
İnsan bəzən içindəki o yandırıcı yanğını sənətə ötürür və deyir: “Bax, mənim hissim budur. Onu sən ifadə et.” Sənət isə, bəlkə müqəddəsdir, bəlkə xilasdır, amma bu qədər xilas yüklü olmaq onun da ruhunu əzir.
Niyə insan öz faciəsini sənətdə göstərməyə bu qədər meyllidir? Niyə başqa sahələrdəki uğursuzluğunun əvəzini sənətdən çıxır? Niyə sənət bəzən tək çıxış yolu kimi görünür?
Yəni sənət bir qurtuluş yolu deyil, yüksəliş yolu kimi təqdim olunur. Yaradıcılığın özündə zəhər olduğunu şübhəsiz ki, sənətkar bilir. Qeyri-peşəkar bunu dadsa, həyatı zəhərlənər! Tarix boyu sənətkarların bir çoxu da bunu yaşayıb. Onların əzabını sənətə çevirməsi, onları daha xoşbəxt etmədi.
Bir intellektual tənəzzülün içində qavrama arzusunu görmək məğlubiyyətdir. İnsan sənətdə səsini eşidəcək bir “it” səsinə belə ümid bağlayırsa, artıq üsyankarlığın, daxili təlatümün sızıldaması ilə itlərin havlaması arasında fərq qalmayıb.
Sənət bizim üçün oyuncaq deyil. Sənət müqəddəs yoldur. Onu iqtisadi şöləyə çevirmək olmaz. (Şübhəsiz ki, sənətçi əziyyətinin bəhrəsini almalıdır, bu başqa mövzudur.) O, mənəvi şölənin çırağıdır. Onu hər hansısa bir yola çatmaq üçün istifadə etmək sənətə xəyanətdir. O, insan faciəsinin həyatında qalmasına səbəbdir. O, istifadə deyil.
İndi sənətçi, şair, yazıçı olmayan, yazır. Bunlar bizə qısqanclıq gətirmir. Nə qədər ki, yazan var, o qədər söz var. Sözün əslində yaddaşını saxlayır, yaza bilməyən belə. Sadəcə, biz bunu ona görə xatırlayırıq ki, bizim yolumuzda əslində hədsiz dərəcədə bir xaos yaranır… Bir darısqal yol yaranır. Və sənət nizamsız bir düzənin ayaqları altında qalır.
Sənətdən məqsəd kimi istifadə edənlər, öz arzularının və acgözlüyünün mərtəbəsinə çatanda, geridə sənət qalmır. Onların arxasında yalnız istifadə olunmuş, talesiz insanların əzabları qalır. sənəti bir niyyətin, bir çıxışın pərdəsidir sanki. Halbuki sənət özü bir çıxış deyil o, insanın gerçəyə çevrilmiş yandırıcı səsini daşıyır.
Və bu səsi alətə çevirənlər sənətkar deyil. Onlar sadəcə sənətin adını daşıyan, amma onun ruhundan xəbərsiz olanlardır. Çünki sənət əgər həyatsaldırsa heç vaxt istifadə olunmur, yalnız ifadə olunur.