CəmiyyətDigərDünya

“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” – FOTO

“Pəhriz proqramı üçün ödəniş etdim, daha sonra öyrəndim ki, menyunu özü yox, “ChatGPT” yazıbmış”.

Tacxeber.com xəbər verir ki, ABŞ-də yaşayan keçmiş telejurnalist Günel Musəvi (Günel Krişnan) instaqram hesabında bildirib.

O, universitet yoldaşının dələduzluğuna məruz qaldığını bildirib:

“Adətən antireklam etmirəm, amma istəmirəm ki, kimsə mənim kimi aldansın. Kamranla universitetdən tanış idik, mən arıqlamaq istəyirdim, o, isə biznes qurmaq. Düşündüm ki, bir-birimizi dəstəkləyərik. Dedi ki, həkim və dietoloqlardan ibarət komanda ilə işləyir, hər şey fərdi şəkildə hazırlanır”.

G. Musəvi pəhriz planı üçün 130 dollar (221 AZN) ödəniş etdiyini bildirib:

“Pulumu göndərib, analizlərimi paylaşdım. Amma nəticədə “ChatGPT”dən alınmış qrafik və pəhriz planı verildi. Bütün “komanda” sadəcə süni intellekt imiş. Uzun zamandır belə aldanmamışdım. Dərsimi aldım, siz də aldanmayın”.

Tacxeber.com

Oxşar xəbərlər

Siqaret bahalaşır – Vergi qaldırıldı

admin

Həlledici an: Müharibəni bitirəcək zərbə nə vaxt vurulacaq?

admin

Moskva məhkəməsi “Meta”nın mətbuat katibini qiyabi həbs etdi

redaktor