12 C
Bakı
29 Aprel 2026 03:42
DünyaHadisə

Antalyanın bələdiyyə başçısı həbs edilib

Antalyada aparılan rüşvət təhqiqatı çərçivəsində saxlanılan Antalya Böyükşəhər Bələdiyyə sədri Muhittin Böcek barəsində məhkəmə həbs qərarı çıxarıb.

Tacxeber.com “Haber Global” telekanalına istinadla xəbər verir, o, həbsxanaya yerləşdirilib.

Bildirilir ki, Antalya Prokurorluğu tərəfindən aparılan təhqiqatda Böcekdən başqa, onun oğlu Mustafa Gökhan Böcek və keçmiş gəlimi Zeynep Kerimoğlu da rüşvət ittihamı ilə dindirilib.

Məhkəmə Kerimoğlu barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçib.

Qeyd edək ki, ötən gün Türkiyədə keçirilmiş əməliyyatlar nəticəsində Adana və Adıyaman bələdiyyə başçıları, eləcə də 10-dan bələdiyyə işçisi saxlanılmışdı.(Oxu.Az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Əraqçi ailəsi ilə Livana qaçıb?

redaktor

Xəzər dənizi üzərində qəribə işıqlanma müşahidə olunur

redaktor

“Bitcoin” yenidən bahalaşır – SON QİYMƏTİ

admin