19 C
Bakı
06 Oktyabr 2025 05:25
DünyaHadisəSiyasət

Tramp bir daha Putindən məyus olub

ABŞ prezidentinin kefi heç açılmır. Hara əl atırsa, boşa çıxır. Ona görə də bir gündə 10 dəfə fərqli bəyanatlar verir. İndi də Putin onun “kefinə soğan doğrayıb”: “Bilirsiniz, mən prezident Putinlə söhbətdən çox məyus oldum. Çünki, açığını desəm, mənə elə gəlir ki, Putin indicə… yox oldu. Mən onun dayanmaq istədiyini görmürəm. Və bu, çox pisdir. Onun bu müharibəni bitirmək istədiyini görmürəm. Cümə günü Zelenski ilə danışacam”, – deyə, ABŞ prezidenti bildirib.

Zəng zamanı Putin Trampa deyib ki, “Rusiya Xüsusi Hərbi Əməliyyatın məqsədlərindən əl çəkməyəcək”. Amma eyni zamanda o, Rusiyanın danışıqlara hazır olduğunu bəyan edib.

O, həmçinin ABŞ prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib, lakin bunu da özünəməxsus tərzdə edib: “Bizim tərəfimizdən qeyd olunub ki, Rusiya Amerika dövlətçiliyinin formalaşmasında mühüm rol oynayıb. O cümlədən, müstəqillik müharibəsi və vətəndaş müharibəsi zamanı”, – Putinin köməkçisi Uşakov bildirib.

Putinin Trampla söhbətindən sonra Rusiya Kiyevə ən böyük zərbələrdən birini endirib.

 

Dadaş Əhmədli

Tacxeber.com

Oxşar xəbərlər

Putin Paşinyanın zənglərinə cavab vermir – Erməni KİV

admin

“Şlyapa Zahid” yenidən həbs olundu – 42 milyon ziyan vurub

redaktor

Bakı Usubovu Tiflisə göndərdi: Bu suala cavab istəyir

redaktor