CəmiyyətDünya

Ukraynada azərbaycanlı yüksək vəzifəyə TƏYİN OLUNDU

Ukrayna Prokurorlar Şurasının təqdimatı ilə ölkənin Baş prokuroru əslən azərbaycanlı Amil Ömərovu Xarkov Vilayət Prokurorluğunun rəhbəri vəzifəsinə təyin edib.

Tacxeber.com xəbər verir ki, bu barədə AZƏRTAC-a Ukraynanın Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Amil Ömərovun prokurorluq orqanlarında kifayət qədər təcrübəsi var.

O, son 9 ildə prokurorluq orqanlarında rəhbər vəzifələrdə, xüsusən 2021-ci ildən – Xarkov şəhərinin Şevçenko rayon prokuroru kimi fəaliyyət göstərib.

Namizədlik müstəsna olaraq peşəkar keyfiyyətlər, təcrübə və qanunvericilik meyarlarına uyğunluq nəzərə alınmaqla – Ukrayna Prokurorlar Şurasının müvafiq tövsiyəsindən sonra təyin edilib. İcra müddəti 5 ildir.

Qeyd edək ki, Amil Ömərov Azərbaycanın diaspor fəalı, dövlət idarəetməsi üzrə elmlər doktoru professor Azad Ömərovun oğludur.

 

Tacxeber.com

Oxşar xəbərlər

Həbsdə olan Əkrəm İmamoğlu Ərdoğanın anasının müdafiə etdi.

admin

Bu ölkədə evlərə verilən sularda beyin yeyən amöb tapıldı

redaktor

Uşaqlıqda çoban olmuşam, məktəbə gedə bilmədim…

redaktor