DünyaSiyasət

Netanyahunun oğlu bu ölkəyə köçdü: İsraillə bağlı şok faktları açdı

Tacxeber.com xəbər verir ki, o, İsraildə həyatına təhlükə olduğunu iddia edib və ölkədə “dərin dövlət”in fəaliyyət göstərdiyini bildirib.

Türkiyə mediası yazır ki, Yair Netanyahu bu barədə verdiyi açıqlamada İsrailin daxili siyasətində gizli güclərin rol oynadığını və bu quruluşun ABŞ-dakı dərin dövlətin bir uzantısı olduğunu deyib:

“İsrail dərin dövləti Amerikanın dərin dövləti ilə eyni mərkəzdən idarə olunur. Bu quruluş demokratik qərarları manipulyasiya edir və xalqın iradəsini pozur”.

Yairin sözlərinə görə, İsraildə baş verən son hadisələr ABŞ-ın dəstəyi ilə həyata keçirilən növbəti “rəngli inqilab” planının tərkib hissəsidir.

O həmçinin ölkədə məhkəmə sisteminin və təhlükəsizlik orqanlarının “gizli güclərin” maraqlarına xidmət etdiyini iddia edib.

Netanyahunun oğlunun bu çıxışı İsrail cəmiyyətində geniş müzakirələrə səbəb olub. Onun təhlükəsizlik narahatlıqları və ABŞ-a getməsi isə siyasi dairələrdə fərqli reaksiyalar doğurub.

 

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya qısa zamanda Bakıya bu məlumatı verməsə… – Baş prokuror

redaktor

Rusiyanın vasitəçiliyi ilə İsrail və Suriya arasında müzakirə edilən anlaşmanın detalları bəlli olub

admin

20 milyon rüşvət alan generalın cəzası məlum oldu

redaktor