22.5 C
Bakı
29 İyun 2026 04:29
CəmiyyətDünyaHadisə

Rusiyadan azərbaycanlılara qarşı növbəti RƏZALƏT – Ailə deportasiya edildi

Sankt-Peterburqun (Rusiya) Nevski rayonunda yeniyetmələr arasında virtual müstəvidə başlayan mübahisə ağır nəticələrə səbəb olub – azərbaycanlı 13 yaşlı yeniyetmə və onun ailəsi Rusiyadan deportasiya edilib.

Tacxeber.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Daxili İşlər Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə sosial şəbəkələrdə baş verən sözlü mübahisədən sonra başlayıb. Yaralanan yeniyetmə haqqında polisə 30 iyun tarixində onu xəsarətlərlə xəstəxanaya çatdıran tibb müəssisəsinin əməkdaşları məlumat veriblər.

İstintaq zamanı məlum olub ki, Talmann küçəsində yaşayan yeniyetmə virtual mübahisə etdiyi şəxslə real görüş təyin edib. Lakin həmin görüşə 13 yaşlı azərbaycanlı tək yox, iki dostu ilə birlikdə gəlib. Hadisə zamanı 16 yaşlı Peterburq sakini döyülüb, şübhəlilər isə hadisə yerindən qaçıblar.

Hadisə ərazisindəki müşahidə kameralarının görüntüləri və şahidlərin ifadələri sayəsində hüquq-mühafizə orqanları insidentin əsas iştirakçısının şəxsiyyətini müəyyənləşdiriblər. O, atası ilə birlikdə polis bölməsinə gətirilib.

“Yeniyetmə miqrantın özünün, valideynlərinin, bacı və qardaşının Rusiya ərazisindən çıxarılması barədə miqrasiya tədbirləri görülüb. Onlar Azərbaycana deportasiya olunublar”, – deyə hüququ-mühafizə orqanlarından bildirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Yekaterinburqda OMON dəstələri azərbaycanlıların yaşadığı ünvanlara basqın ediblər. Hadisə nəticəsində iki nəfər döyülərək öldürülüb, bir neçə nəfər saxlanılıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Cəmil Həsənli deyib ki, DTX-də Ramiz Mehdiyevin işi ilə bağlı dindirilib.

admin

Rus hərbçilərinin Ermənistanın cənubunda hərəkəti məhdudlaşdırdığı iddia olunur

admin

“Buna haqqınız yoxdur, gedin müalicə alın” – Təlimçidən psixoloqlara sərt sözlər

redaktor