CəmiyyətDünyaHadisəKriminal

Yekaterinburqda soydaşlarımızın ölümünə səbəb olan polislərin FOTOLARI

Xəbər verdiyimiz kimi, iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində OMON-un keçirdiyi əməliyyat zamanı azərbaycanlı Hüseyn və Ziyəddin Səfərov qardaşları amansızlıqla qətlə yetirilib.

Tacxeber.comxəbər verir ki, “Evocation” “Telegram” kanalı soydaşlarımızın ölümünə səbəb olan polislərin fotolarını dərc edib.

Mənbənin məlumatına görə, sözügedən şəxslər 1984-cü il təvəllüdlü Viktor Poznyak, 1981-ci il təvəllüdlü Nikolay Paçayevets, 1984-cü il təvəllüdlü Rafael Xamidulin və 1990-cı il təvəllüdlü Aleksandr Smirnıxdir.

Onlar ölümcül nəticəyə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə görə məsuliyyət daşıyırlar.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Tacxeber.com

Oxşar xəbərlər

Roza Cəlilova qızını polisə verdi

redaktor

Adnan Əhmədzadə: Günah keçisi, yoxsa Əliyev sisteminin oyunçusu?

admin

JURNALİSTİKA İXTİSASINA QABİLİYYƏT İMTAHANI LAZIMDIRMI? – Qulu Məhərrəmli yazır

redaktor