25 C
Bakı
12 Oktyabr 2025 16:35
CəmiyyətDigərHadisəQalmaqalSiyasətTarix

Tərtər qətliamının sirrləri (Rusiyanın köntöy ləpirlərinin izi ilə)

Tərtər qətliamı Vətənə xəyanət kimi təsnif edilməlidir!

2016-cı il aprelin 02-də Azərbaycan və Ermənistan Prezidentlərinin ABŞ-da təşkil edilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etməsi Rusiya tərəfini ciddi narahat edir. Çünki Rusiya hər iki ölkəni öz təsir dairəsində saxlamaq üçün bu konfliktdə qanı bahasına maraqlı idi. Sammit haqda məlumatı əvvəlcədən bilən Rusiya Baş Kəşfiyyat İdarəsində (ГРУ) hazırlanmış plan üzrə erməni tərəfinin əli ilə 2016-cı il aprelin 01-də 257 km uzunluqda olan təmas xəttində atəşkəs pozulur. Bu provokasiyada məqsəd həm də NATO təlimləri əsasında yenidən formalaşan Azərbaycan Ordusunun durumunu sınaqdan keçirmək üçün nəbz yoxlaması aparmaq idi.

Nəticədə 1994-cü il atəşkəs sazişindən bu tərəfə ən şiddətli toqquşma başlayır. Azərbaycan və Ermənistan Silahlı qüvvələri arasında 4 gün davam edən bu döyüş rusları şoka salır. Vətən torpaqlarını azad etmək üçün misli görünməmiş fədakarlıq və peşəkarlıq göstərən şanlı əsgərlərimiz Tərtər rayonunda Talış kəndi ətrafındakı strateji yüksəklikləri, Qazaxlar kəndini, Suqovuşan kəndi istiqamətində yolları, Goranboyun Gülüstan kəndini, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini, Lələ-təpə yüksəkliyini (bəzi məlumatlara əsasən 2000 hektar ərazini) düşməndən azad edirlər.

Döyüşlərdə real texniki üstünlüyə malik Azərbaycan Ordusu Ermənistanın xeyli hərbi texnikasını sıradan çıxarır. Əgər bu döyüşlər davam etsə idi, nəticələr daha parlaq olacaqdı. Aprel döyüşləri zamanı Azərbaycan cəmiyyətinin yumruq kimi birləşməsi də göstərir ki, vətənin taleyi məsələsində hamı bir yerdədir.

 

5 apreldə atəşkəs imzalanır, əslində bu da Rusiyanın təzyiqi altında baş verir. Qeyd edim ki, aprel döyüşlərinin nəticəsi Rusiyanın taktiki və mənəvi cəhətdən aşınmış hərb strategiyasının ilk məğlubiyyət epizodu idi…

Aprel döyüşləri Rusiya siyasi rəhbərliyini və hərbi isteblişmentini ciddi narahat etməyə başlayır. Putinin siyasi tapşırığı ilə Rusiya Baş kəşfiyyat İdarəsində Azərbaycan Ordusunu zəiflətmək, mənəvi baxımdan ləkələmək, sındırmaq və gözünün odunu almaq üçün insanlıq adına ləkə olan bir terror planı hazırlanır. Bu terroru həyata keçirmək üçün isə əvvəlcədən ölkəmizdəki canişinlər təlimatlandırır.

Sonra Azərbaycan tərəfinə kəşfiyyat məlumatları sızdırılır. Guya Azərbaycanın Silahlı Qüvvələrin tərkibindəki şəxsi heyətin bir qrupu (əsgərlər, çavuşlar, gizirlər və zabitlər) mülki şəxslərlə birgə Ermənistan kəşfiyyat orqanları ilə əlaqə yaradaraq ölkəmizin əleyhinə casusluq fəaliyyəti göstərmiş, yəni ən ağır dövləti cinayətə – Vətənə xəyanəyə yol vermişlər. Məlumat Prezident Aparatındakı və Müdafiə Nazirliyindəki yüksək rütbəli şəxslərin əli ilə işlək mexanizmə gətirilmiş, dövriyyəyə buraxılmışdır.

Nəticədə, Aprel döyüşlərinin ildönümü ərəfəsində – 2017-ci ilin aprelində Azərbaycanın 4 rəsmi qurumunun birgə bəyanatı ilə hərbçiilərimizin bir qrupunun mülki şəxslərlə birgə Ağdam və Tərtər rayonlarının təmas xətti boyunca yerləşən mövqelərimizdə Ermənistana casusluq ittihamı ilə cinayət işi açıldığını elan edilir. İctimaiyyətdə şok effekti verən bu hadisənin yaratdığı ovqatdan istifadə edən Rusiya canişinlərinin birbaşa rəhbərliyi və nəzarəti altında kütləvi həbslər başlanır.

Ən ağır, qeyri-insani işgəncələrlə əsgər və zabitlərimizdən zorla Milli Ordumuzun adına ləkə olan, onu aşağılayan etirafedici ifadələrin alınması ilə ibtidai istintaq prosesi yekunlaşır, nəticədə Ermənistana casusluq etməkdə ittiham olunaraq 100 nəfərdən çox əsgər və zabitimizə onların sağlamlıqlarının ciddi itkiləri ilə müşayiət olunan əlilliyə və ölümə gətirən dəhşətli işgəncələr verilir.

Qanlı terror nəticəsində 25 nəfər uzun müddətli 5 ildən 20 ilə qədər müddətə azadlıqdan məhrum edilir, 12 nəfər isə işgəncələrə tab gətirməyərək dünyasını dəyişir. Ordumuzun ehtiyatda olan polkovnik-leytenantı Saleh Qafarov əlləri və ayaqları bağlanmaqla suda batırılmış, dəfələrlə bədəninə elektrik cərəyanı verilmiş, dırnaqları çıxarılmış, çənə sümüyü sındırmış, sonra isə əlləri bağlı şəkildə 2-ci mərtəbədən yerə atılmışdır. Bu cür tükürpədici faktlar yetərincədir.

 

Ordumuza qarşı törədilən cinayətlərin əsas hissəsi üçün Tərtər rayonunun seçilməsi də təsadüfi deyildir. Aprel döyüşlərinin ən parlaq səhifələri də bu rayon ərazisində qeydə alındığından bu Milli Ordumuza qarşı bir göz dağı idi.

Tərtər cinayətləri Rusiyanın nə qədər məkrli olmasını, ölkəmizin müstəqilliyinə, milli kimliyimizə həqarətlə yanaşmasını ortaya qoydu. Bu cinayətin artıq istimaiyyətə məlum olan icraçıları isə tarix boyu lənətlə anılacaqlar!

Allah şəhidlərimizin məqamını uca etsin, qazilərimizə şəfa versin!

Uca millətimizin iradəsinə sayğılarla!

 

Adil Qeybulla,

Bakı şəhəri, 01 iyul 2025-ci il

Tacxeber.com

Oxşar xəbərlər

Saakaşvilidən şok: Rusiyanın Zəngəzur planı…

admin

Rusiyalı hakerlər Ermənistanı hədələyirlər.

admin

Ukraynada döyüşən gürcülərin DTX-ya çağırıldığı bildirilir

admin