Bu barədə hökumətyönlü mətbuat Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Sputnik Azərbaycan” Rusiyanın dövlətə məxsus “Rossiya Seqodnya” agentliyinin tərkibində fəaliyyət göstərən bir media qurumudur.
Azərbaycanda 2015-ci ilin mayından fəaliyyətə başlayıb.
Ölkə və dünya xəbərlərini Azərbaycan və rus dillərində təqdim edib.
2025-ci ilin fevralında Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayaraq “Sputnik”in Azərbaycandakı nümayəndəliyinin ləğv olunduğunu bildirib.
XİN-nin məlumatında qeyd olunub ki, qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.
Bildirilir ki, “Sputnik Azərbaycan”ın ofisində axtarış 2000-ci illərin əvvəllərində törədilmiş qətllərə görə Yekaterinburqda Azərbaycan diasporunun nümayəndələrinin kütləvi şəkildə saxlanılmasından sonra yaranmış Rusiya-Azərbaycan arasında münasibətlərin pisləşməsi fonunda aparılır.