CəmiyyətDünyaMuharibəSiyasət

İranın daxili işlər naziri: “Barmaqlarımız tətikdədir”

İranın daxili işlər naziri İskəndər Momeni Tehranda İsrailin ölkəyə qarşı apardığı son hücumlarda həlak olanların böyük dəfn mərasimində iştirak edib.

Tacxeber.com Mehr agentliyinə istinadən xəbər verir ki,nazir mərasimdə jurnalistlərə açıqlamasında ABŞ və İsraili hədəf alaraq bildirib ki, Vaşinqton və sionist rejim verdiyi vədlərə əməl etmədiklərini bir daha nümayiş etdiriblər.

“Ölkənin bütün hakimiyyət orqanları və silahlı qüvvələri ayıq-sayıq vəziyyətdədir. Əgər düşmən növbəti dəfə fitnə törədər və verdiyi vədləri pozarsa, sərt cavab vermək üçün barmaqlarımız tətikdədir”,– deyə Momeni xəbərdarlıq edib.

Nazir həmçinin vurğulayıb ki, vətənin müdafiəsi məsələsində İranda bütün fikir ayrılıqları kənara qoyulur və xalq birləşərək ölkənin ərazi bütövlüyünü qorumağa hazırdır.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Onlar hamını izləyirlər”: Yadplanetlilərin yerdəki gizli şəhəri haqqında HƏQİQƏTLƏR

admin

“Mən olan yerdə bütün kişilər susmalıdır” – Elza

redaktor

Söyüdlü yatağı yenidən ekologiyanı çirkləndirən şirkətə verildi

admin