28 C
Bakı
13 Avqust 2025 20:26
DünyaSiyasət

Rusiya rəsmisindən Trampa ironiya: “Nobel Sülh Mükafatını unut”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-nin İranda üç nüvə obyektinə endirdiyi hücumları sərt tənqid edib.

Tacxeber.comxəbər verir ki, Medvedev bu barədə öz “Telegram” hesabında yazıb.

O, Donald Trampın sülhməramlı prezident olmaq arzusunda olduğunu, lakin əksinə yeni müharibəyə başladığını bildirib.

Medvedev qeyd edib ki, dünya ölkələrinin böyük əksəriyyəti İsrail və ABŞ-ın bu addımlarını qınayır.

“Tramp bu uğurla heç vaxt Nobel Sülh Mükafatına layiq görülməyəcək. Bu, yalnız yaxşı başlanğıcdır, təbriklər, cənab Prezident!” – deyə o, ironik şəkildə yazıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Heydərovun iki generalının fəaliyyəti yoxlanılır – Şübhəli məqamlar var

redaktor

ABŞ İrana qarşı hərbi əməliyyat üçün son hazırlıqlara başladı

redaktor

“Mançester Siti” və “Real”dan qələbə

admin