DünyaMuharibəTexnologiya

B-2 SPİRİT təyyarələri. Dövrümüzün ƏBABİL quşları.

B-2 SPİRİT təyyarələri dəmirdəndir, suyu da havada içir (yanacaq doldurulmasını nəzərdə tuturam).

 

Texniki göstəriciləri heyrətləndirir:

B-2 Spirit ABŞ istehsalı stels ağır bombardımançı təyyarədir.Nüvə və konvensional silahlar daşıya bilir.

Stels texnologiyası sayəsində digər bombardımançıların bacarmadigi “görünmədən düşmən hədəflərini bombalama” vəzifəsini yerinə yetirə bilir.Qitələrarası uçma səbəbiylə strateji bombardımançı təyyarə adlanır.Havada əlavə yanacaq götürmədən 9600 km məsafədə uça bilir.

B-2 üstün aerodinamik qabiliyyətləri sayəsində uzun müddət dəniz səvviyəsində uça bilir,bu da onun radarlardan yayınmasını təmin edir.

Təyyarənin minimal infraqırmızı izi var və yalnız hücum etməzdən əvvəl hədəflərini müəyyən etmək üçün ani olaraq APG-181 radarını istifadə edir.

 

Silahlanması:

Təyyarənin ümumi silah yükü 23000 kq təşkil edir.MK-84,GBU-31,GBU-38,CBU aviabombalarını,16 ədəd B61,B83 nüvə bombalarını,AGM-154 JSOW, AGM-158 JASSM hava-yer raketlərini daşıya bilir.

heyəti: 2 nəfər

boş ağırlığı: 71,700 kq

maksimal uçuş ağırlığı: 170,600 kq

maksimal sürəti 1020 km/saat

əməliyyat hündürlüyü: 15,200 m

mənzili: 11,100 km

B-2 Spirit dünyada ən bahalı hərbi təyyarədir,

qiyməti təxminən 2 milyard dollardı.

ABŞ HHQ tərəfindən istifadə edilir.

 

Nəriman Abdinov

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Ukraynanı “xərcləməyə” hazırdır: Ağ Ev Kremllə gizli “bazarlıq masası” qurub.

admin

Bu cinayəti törədənlər… – Hərbi prokuror

redaktor

“Yer planetini çətin sınaqlar gözləyir” – alimlərdən qorxulu proqnoz

redaktor