25 C
Bakı
11 Avqust 2025 01:13
DünyaGündəm

Xankəndində Putinə ad günü “tədbirini” o təşkil edib – FOTO

Xankəndində Putinə ad günü “tədbirini” o təşkil edib – FOTO

Dünən erməni separatçılar Xankəndi yaxınlığındakı təpədə üzərində Rusiya prezidentinin təsviri olan kətanı açaraq Vladimir Putini doğum günü münasibətilə təbrik ediblər. Amma müxtəlif erməni mənbələri həmin aksiyanın Qarabağdakı yerli ermənilər tərəfindən təşkil olunmadığını bildirilərək buna etiraz nümayiş etdirib.

Tacxeber.az bildirir ki, mövzu ilə bağlı araşdırma aparan “moderator.az” saytı belə bir tədbirin konkret kim tərəfindən təşkil olunduğunu aydınlaşdırııb.

Erməni “@reartsakh” teleqram-kanalının yaydığı məlumata görə, Xankəndində fəaliyyət göstərən politoloq Tiqran Qriqoryanın fikrincə, bu şou-tamaşa yeni yaranmış rusiyayönlü təşkilat olan Qarabağ Kazakları tərəfindən təşkil olunub.

T.Qriqoryan Ermənistanda da 1999-cu ildən “Ermənistan-Rusiya kazak ittifaqı” adlı qeyri-hökumət təşkilatı olduğunu xatırladıb.

Araşdırma zamanı o da məlum olub ki, sözügedən üzdəniraq qurumun rəhbəri Qarabağda doğulmuş 59 yaşlı keçmiş sovet zabiti Arutyunyan Armen Qrişayeviçdir. Həmin Arutyunyan bu ilin avqustunda Laçın şəhəri, Zabux və Sus kəndlərinin rəsmən Azərbaycana təhvil verilməsinə əngəl olmaq xahişilə V.Putinə müraciət edibmiş…

Oxşar xəbərlər

Türkiyəli seysmoloq Naci Görürdən İstanbul xəbərdarlığı

redaktor

Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə imzalanıb

redaktor

Kim Çen In internetdən istifadə edənlərə ölüm cəzası verdi

redaktor