24 C
Bakı
11 Avqust 2025 22:22
DünyaSiyasət

“Kameraları söndürün, İran izləyir” – İsraildən ŞOK XƏBƏRDARLIQ

İran və İsrail arasında artan gərginlik kiberməkanda da özünü göstərməyə başlayıb. İsrail təhlükəsizlik qurumları vətəndaşlara şəxsi təhlükəsizlik kameralarını söndürmələri və ya parollarını dəyişmələri ilə bağlı rəsmi xəbərdarlıq edib.

Tacxeber.com xəbər verir ki, səbəb isə İranın bu kameralar vasitəsilə casusluq fəaliyyəti həyata keçirməsidir.

İsrailin Milli Kiber Direktorluğunun keçmiş direktor müavini Refael Franko bildirib ki, internet bağlantısı olan təhlükəsizlik kameraları İran tərəfindən hərbi məqsədlər üçün istifadə olunur. Onun sözlərinə görə, bu vəziyyət ölkə təhlükəsizliyi üçün real təhdidə çevrilib.

İsrail Kiber Müdirliyi də bu iddianı təsdiqləyib. Bildirilib ki, sosial şəbəkələrdə yayılan bəzi görüntülərin də məhz bu kameralar vasitəsilə əldə edildiyi ehtimal olunur. NTV-nin məlumatına görə, bu, tək hadisə deyil – 2023-cü ilin oktyabrında Həmas da bənzər formada mülki təhlükəsizlik kameralarından kəşfiyyat məqsədilə istifadə etmişdi. (Milli.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyədə partlayışın baş verdiyi şaxtada işlər dayandırıldı

redaktor

Azərbaycan İrana nota verdi

admin

“Rusların regiondan çıxarılması üçün bütün qüvvələr hərəkətə keçdi” – Gevondyan

admin