28 C
Bakı
13 Avqust 2025 18:25
DünyaSiyasət

Donald Tramp nədən qorxur: ABŞ prezidentinin İrana qarşı hərbi əməliyyatlara qoşulmaqda tərəddüd etməsinin səbəbi aydın oldu

ABŞ prezidenti Donald Tramp dini lider Ayətullah Əli Xameneinin hökuməti yıxılacağı təqdirdə İranın “daha bir Liviyaya” çevriləcəyindən ehtiyat edir.

Tacxeber.com bildirir ki, bu barədə “New York Post” ABŞ prezidentinin şəxsi söhbətləri ilə tanış olan bir neçə mənbəyə istinadən yazır. Nəşrin mənbələri bildiriblər ki, Donald Trampın ABŞ-ın İsrail və İran arasında hərbi münaqişəyə girməsi ilə bağlı qərarını iki həftə gecikdirməsinə səbəb bu qorxu olub. Tramp 2011-ci ildə Müəmmər Qəddafini öldürülməsindən sonrakı 10 il ərzində Liviyanın anarxiyaya düşməsindən bəhs edib. Başqa bir mənbə bildirib ki, Tramp Əfqanıstan və İraqı da qeyd edib.

Bununla yanaşı, mənbələr bildirir ki, ABŞ prezidenti İsrail təyyarələrinin çatdıra bilmədiyi 30 min funt-sterlinqlik bunker bombalarından istifadə etməklə İranın Fordo və Natanzdakı nüvə obyektlərinə məhdud hava zərbələri endirmək əmri verməyə meyllidir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Norveç dənizi istiləşdi: Mig-31-lər havada

admin

Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib

redaktor

Jurnalist mikrafonla prezidentin burnuna vurdu

redaktor