Deməli İsveçrədə mühacir həyatı yaşan bir Elbəyi Həsənli var. Mənim İsrail-İran münaqişəsi (müharibəsi) haqqında məlum yazımla bağlı bir post paylaşıb. Və mənim 2015-ci ildə Vilson Mərkəzinin “Demokratiya uğrunda” mükafatını almağımla bağlı ritorik suallar səsləndirir. Vudro Vilsonun türk düşməni olması ilə bağlı bəzi misallar gətirir.
Bu Elbəyi Həsənli xaricə mühacirət edəndən sonra əvvəl çalışdığı “Yeni Müsavat” qəzeti yazmışdı ki, “ELBƏYİ HƏSƏNLİ İSVEÇRƏDƏ KÜÇƏ SÜPÜRÜR”. Olsun. Ona-buna əl açmaqdansa öz zəhməti ilə çörək qazanmaqda pis bir şey yoxdur. Elbəyi Həsənli bu yazıya o vaxt cavab vermişdi ki, “Mən ən azı vicdan əzabı çəkmirəm. Yəni vətənimi, millətimi bu iqtidara satmadım. Önəmlisi elə budur. Sülaləyə yarınıb Azərbaycanda yağ-bal içində yaşamaqdansa elə İsveçrədə küçə süpürmək yaxşıdır”. Adam həttə ilk vaxtlarda İsveçrədə məscid minarəsinə qoyulan qadadaya qarşı bir müsəlman kimi aclıq aksiyası da keçirib.
Ancaq sonra necə oldusa o əzabkeş vicdanı ilə İsveçrə küçələrindən süpürdüyü kağız-kuğuzu məqalələr halına salıb göndərdi YAP-ın və hakim sülalənin “Yeni Azərbaycan” adlı ruzinaməsinə. Bəsələn bu yazılardan biri belə idi: “Cəmil Həsənli və Əli Kərimli erməniyə dəstək verir”, digəri “Əli Kərimlini ifşa etdi”, üçüncüsü “Əli Kərimlini əmmamələməlimi, əmmamələməməlimi?”, dörüdüncüsü “Seçki keçirilsə, İlham Əliyev ən iddialı müxalifət liderindən ən azı 10 dəfə çox səs toplayar” və sair. Bunlar hamısı Elbəyi Həsənli “vicadnın səsi” ilə yazıb və hamısı da əlindən baş götürüb qaçdığı YAP-ın “Yeni Azərbaycan” qəzetində dərc olunub. Bu heç.
Tarixə baş vuran adam ayırd edə bilmir ki, Birinci dünya müharibəsindən sonra Vilson beynəlxalq aləmdə kiçik xalqların dostu kimi tanınıdı. Bilmir ki, Azərbaycan hökumətinin 1918-ci ilin noyabında öz həyatını Vilsonun 14 sülh prinsipi üzrə qurmaq istəyi barədə Vilsona teleqramı vardı. Bilmir ki, 4 aya yaxın Paris sülh konfransına buraxılmayan Azərbaycan nümayəndələri məhz Vilsonun təklifi üzrə Parisə buraxılmışdı.
Adamın xəbəri yoxdur ki, Parisə gələn kiçik xalqların nümayəndələri içərisindən Vilsonun ilk qəbul etdiyi heyətlərdən biri və birincisi (28 may 1919) Azərbaycan nümayəndələri olub. İndi belə çıxır ki, Əlimərdan bəy Topçubaşov Vudro Vilsonu Elbəyi Həsənlidən pis tanıyırmış.
Yeri gəlmişkən həmin görüş Vilsinda böyük təssürat yaradıb. Hətta, 1919-cu ilin sentyabr ayının 18-də Californiyada “Birlik Klubu”nda (Commonwealth club) keçirdiyi görüşdə o bu görüşü belə xatırlayırdı: “…bir gün Azərbaycandan çox ləyaqətli və maraqlı centlmenlərdən ibarət bir qrupla görüşdüm. Onlar gələnə qədər haradan gəldiklərini öyrənməyə imkanım olmamışdı. Lakin mən dərhal anladım ki, ideyalar, azadlıq, hüquq və ədalət anlayışları baxımından mənimlə eyni dildə danışan, eyni cür düşünən insanlarla ünsiyyətdəyəm.”
Ən nəhayət Amerikada Vilson mükafatı yoxdur. Dünyanın 10 ən yaxşı fikir mərkəzlərindən biri olan Vilson Beynəlxalq Araşdırmaçılar Mərkəzinin Rumınyada faşist və kommunist hökumətləri dövründə yarım əsr siyasi mühacir həyatı yaşamış İon Ratui adına təsis edilmiş “Demokratiya uğrunda” mükafatı var.