20 C
Bakı
06 Oktyabr 2026 18:24
CəmiyyətDünya

İsraildən Xameneiyə: Səddam Hüseynin taleyi…

“İran diktatorunu (Xamenei) müharibə cinayətlərini davam etdirməkdən və İsrail vətəndaşlarını atəşə tutmaqdan çəkindirmək barədə xəbərdarlıq edirəm. O, İranın qonşu dövlətində (İraq) İsrailə qarşı bu yolu tutan diktatorun başına gələnləri xatırlamalıdır”.

Tacxeber.comxəbər verir ki, İsarilin müdafiə naziri İsrael Katz bildirib.

O, həmçinin Tehran sakinlərini İsrail ordusu nümayəndəsinin göstərişlərinə əməl etməyə və öz təhlükəsizlikləri üçün İsrailin zərbə endirdiyi əraziləri tərk etməyə çağırıb.

İraqın keçmiş prezidenti Səddam Hüseyn (1979-2003) İsrailin qatı əleyhdarı olub. Çıxışlarının birində o, tamamilə “sionizmə son qoymağa” qadir olduğunu söyləyib. O, insanlığa qarşı cinayətlərə, o cümlədən 148 şiənin edamına və kimyəvi silahdan istifadəyə görə ölüm cəzasına məhkum edilib. S.Hüseyn 2006-cı ildə asılaraq edam edilib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Tənqid nəticə verməyəndə…

redaktor

«Dövlət» əhəmiyyətli otel

redaktor

Fransadakı bir muzeydən Dalinin “Apokalipsis” əsərinin 150 kiloqramlıq nüsxəsi oğurlanıb

redaktor