DünyaGündəm

İranda baş verənlərdən sonra Azərbaycanda radiasiya təhlükəsi araşdırılır

İranda baş verən hadisələrdən sonra Azərbaycan ərazisində radiasiyanın səviyyəsinin yoxlanılması üçün mütəxəssislər Astaraya ezam olunublar.

Tacxeber.com xəbər verir ki, İranda nüvə obyektlərinə zərbə endirilməsindən sonra Azərbaycanın cənub ərazilərində radiasiya dərəcəsini müəyyən etmək üçün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nüvə tədqiqatları departamentinin mütəxəssisləri Astarada tədqiqatlara başlayıblar.

Artıq Astara sərhəd zonasında tədqiqatlar yekunlaşıb.

Hazırda mütəxəssislər digər ərazilərdə tədqiqatı davam etdirirlər.

Tacxeber.com

Oxşar xəbərlər

15-20 gün ömrü olan çaqqalanın faydaları

redaktor

Türkiyədə Kürd və Ələvi təmsilçiliyi: Bahçelinin təklifi, Öcalan strategiyası və Güney Azərbaycan üçün impakt

redaktor

Məhkəmə Trampa seçkilərdə iştirak etməyə icazə verdi.

admin