21 C
Bakı
21 İyun 2025 21:38
CəmiyyətHadisəSiyasət

Müsavat Partiyasının 3 üzvü həbsə göndərildi

İyunun 11-də Müsavat Partiyasının 3 üzvü barəsində xuliqanlıq ittihamı ilə hökm çıxarılıb.

Bu barədə məlumatı partiya yayıb. Qeyd olunub ki, Biləsuvar rayon Məhkəməsi partiyanın üzvləri Ələddin Ələsgərli və Cabir Vəliyev barəsində 2 il 3 ay, Qoşqar Nuralı barəsində isə 2 il azadlıqdan məhrumetmə hökmü çıxarıb.

Partiyadan bildirilib ki, cinayət işinin açılmasına səbəb Müsavat Partiyası Biləsuvar rayon təşkilatının 31 dekabr 2024-cü ildə tədbir keçirməsi olub.

 

“Tədbirdən sonra insident baş verib. Müsavat Partiyası Biləsuvar təşkilatının fəallığını sindirə bilməyən yerli hakimiyyət orqanlarının sifarişi ilə həmin gün partiya fəallarına qarşı təxribat təşkil edilib, onlara qarşı cinayət işi qaldırılıb. Hər üçü Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə təqsirli biliniblər.

Təxribat zamanı Ələddin Ələsgərliyə xəsarət yetirildiyini rəsmi tibbi ekspertiza təsdiqləsə də, məhkəmə təxribatçını cərimələməklə kifayətlənib, müsavatçıların barəsində isə heç bir əsas olmadan azadlıqdan məhrum olunmaları barədə sifarişli hökm çıxarıb”, – partiya qeyd edib.

 

Partiya bəyanatında hökmü Azərbaycanda repressiyaların davamı kimi qiymətləndirib, hər üç şəxsin dərhal azadlığa buraxılmasını tələb edib.

Yerli hüquq müdafiəçilərinin son hesabatına görə, Azərbaycanda 375 siyasi məhbus var. Azərbaycan hökuməti isə onların konkret cinayət əməllərinə görə həbs olunduqlarını bildirir.  (AbzasMedia)

 

Tacxeber.com

Oxşar xəbərlər

Uşağa qayınana, qayınata adı qoymaq ƏNƏNƏSİ – Evlərdə niyə dava SALIR?

redaktor

“Özünü qurban verdin, günahkarları tapdın” – Kapitanın qızı

redaktor

“Əxlaqlı adamam, kimin ərini əlindən almışam?! – İlhamə Elşadqızı

redaktor