18 C
Bakı
07 Oktyabr 2026 23:59
DünyaHadisəQalmaqal

D.Tramp Amerikanı ciddi cəhdlə Rusiyaya çevirir.

ABŞ prezidenti D.Tramp Amerikanı ciddi cəhdlə Rusiyaya çevirmək cəhdlərində bulunur. Yəni, kim mən deyəni demirsə, mütləq cəzalandırılmalıdır, prinsipi ilə işləyir. Hər şeyi güc və inzibati amirlik üsulu ilə həyata keçirməyə çalışır.

O, bunu bacaracaq, buna nail olacaq ya yox, bu artıq sonrakı söhbətdir.

Kaliforniya ştatı ABŞ Prezidenti Donald Trampa qarşı federal qanunvericilik və Konstitusiyanın pozulması ittihamı ilə məhkəməyə müraciət edib.

Tramp isə, öz növbəsində gecikmədən Kaliforniya qubernatorunun həbsinə eyham vurub.

 

Nəzərinizə çatdırım ki, ABŞ – da qubernatorlar təyin olunmur, bir başa xalq tərəfindən seçilir.

ABŞ Prezidenti Donald Tramp, Gavin Nyusomu həbs etməyə hazır olduğunu dolayısı ilə bəyan edib. Bu, Nyusomun prezidentə qarşı məhkəmə iddiası qaldıracağı barədə açıqlamasından sonra baş verib — səbəb Trampın, qubernatorla razılaşmadan Los-Ancelesə Milli Qvardiya əsgərlərini göndərmək qərarıdır.

Tramp həm kameralar qarşısında, həm də Truth Social platformasında cavab verərək bildirib ki, Amerikanın təhlükəsizliyi üçün lazım olan hər şeyi edəcəklər və məqsəd “Amerikanı yenidən böyük etməkdir”.

Ps. Dünyaya sülh gətirəcəyini bəyan edən Tramp, faktiki olaraq, ABŞ – ın daxilində küçə döyüşləri, iğtişaşlar yaradıb.

 

Nəriman Abdinov

Tacxeber.com

Oxşar xəbərlər

Bu, kəşfiyyat tarixində informasiya almaq üçün ödənilən ən böyük məbləğlərdən idi

admin

“Tanqo üçün iki nəfər lazımdır”: Ukrayna beş atəşkəs formatı hazırlayır

redaktor

Məkkə İttifaqı

redaktor