Dünya

Ukraynanın “Pautina” əməliyyatı: Rusiya təyyarəsinin vurulmasının anbaan görüntüləri yayıldı

Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiyanın strateji aerodromlarına qarşı həyata keçirdiyi “Pautina” adlı xüsusi əməliyyatdan yeni videokadrlar yayılıb.

Tacxeber.com bildirir ki, bu barədə Ukraynanın “İnsayder” “Telegram” kanalı paylaşım edib.

Kadrlarda FPV-dronun modul evinin damından qalxmasından təyyarəyə dəyməsinə qədər olan yolu əks olunub.

Videoda dron xeyli məsafə qət edir və daha əvvəl vurulmuş təyyarələrdən artıq tüstünün qalxdığı “Belaya” hava limanının ərazisinə maneəsiz şəkildə daxil olur.

Xatırladaq ki, daha əvvəl Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiyanın strateji aerodromlarına qarşı həyata keçirdiyi “Pautina” əməliyyatının nəticələrinin peyk görüntüləri yayılıb.

Fotolar “Maxar” şirkəti tərəfindən çəkilib.

Rusiyanın “Belaya” və “Olenya” aviabazalarının əks olunduğu kadrlarda azı yeddi ədəd “Tu-95MS”, dörd ədəd “Tu-22M3” və bir ədəd “An-12” təyyarəsinin məhv edildiyi görünür.(Oxu.Az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Ermənilər Azərbaycanla sərhəd hadisələrində yerli hakimiyyəti təqsirkar sayır

redaktor

Kosmosda yetişdirilən pomidorlar qeybə çəkildi, bir il tapa bilmədilər.

admin

Xamenei: Biz heç vaxt sionistlərlə danışıqlar aparmayacağıq

redaktor