18 C
Bakı
06 Oktyabr 2026 12:10
Dünya

Almaniya kanslerinin Trampa verdiyi hədiyyə gündəm oldu – FOTO

ABŞ prezidenti Donald Trampın bir çox lideri psixoloji mənada küncə sıxışdırdığı Oval kabinetin bu dəfə qonağı Almaniya kansleri Fridrix Merz olub.

Tacxeber.com xəbər verir ki, Trampın Merzi də sıxışdaracağı sualı maraqla gözlənilərkən, Merzin Oval Ofisə hazırlıqlı gəldiyi ortaya çıxıb.

Almaniya kansleri Trampın babasının alman olduğunu göstərən sənədi çərçivələtdirərək kameralar qarşısında ona təqdim edib. Tramp hədiyyəni sevinclə qarşılayıb. Hətta onu Oval kabinetdə divardan asmaq istəyib.

Hədiyyədən sonra iki lider heç bir problem olmadan söhbətə davam ediblər.

Tramp hədiyyəyə görə minnətdarlığını bildirsə də, Merzin bu addımı Trampın alman mühaciri olduğunu xatırlatmaq üçün ağıllı istinad kimi şərh edilib.

Oxşar xəbərlər

Fransada nə baş verir….?

redaktor

Yəməndə həlledici əməliyyat: Husilərə qarşı genişmiqyaslı hücum başladı

redaktor

Əli öz sekundantına: “Mən heç vaxt ölümə bu qədər yaxın olmamışam”

admin