24 C
Bakı
17 Avqust 2026 22:46
Dünya

Özümüzü məhv etməyə hər saniyə yaxınlaşırıq – Tokayevdən çağırış

Tacxeber.com xəbər verir ki, o, bu barədə “The Hill” nəşrinə müsahibəsində danışıb.

Dövlət başçısı daimi beş üzv olan ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çindən başqa digər ölkələrin də səsvermədə iştirakının vacibliyini bildirib. Tokayev bu prosesə dəyişiklik edilməsini istəyib.

Qazaxıstan lideri qeyd edib ki, yalnız bu yolla BMT mövcud regional çağırışlarla daha effektiv mübarizə apara biləcək. Dünyanın üzləşdiyi əsas təhlükələr arasında o, pandemiyaları, iqlim dəyişikliyini və nüvə silahını sayıb.

“Biz müəyyən irəliləyiş əldə etmişik. Kollektiv tədbirlərin uğursuzluğu özümüzü tam məhv etməyə hər saniyə yaxınlaşdırır. Sülh üçün bizə verilən imkanı itiririk”, – deyə Tokayev vurğulayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ziyaülhəqqin müəmmalı ölümü: qəza, yoxsa sui-qəsd?

redaktor

Rusiya taxıl ixracı Ukrayna hücumları səbəbindən iflic oldu

redaktor

Ermənistan və NVİDİA əməkdaşlığı, məğlub ölkənin yeni iqtisadi modeli bizi niyə düşündürməlidir?

redaktor