Cəmiyyətİqtisadiyyat

Ramiz Mehdiyevin gəlini bankdakı payını artırıb. Qardaşının payı isə azalıb

Ötən il “Bank BTB” ASC səhmdarlarının payında dəyişiklik olub.

Tacxeber.com “Yeniavaz.com”a istinadən xəbər verir ki, bankın əsas səhmdarı olan Nigar Mehdiyevanın payı 74,99%-dən 76,74%-ə yüksəlib.

 

Məlumat üçün bildirək ki, banka birbaşa nəzarət edən Nigar Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlinidir. Nigar Mehdiyevadan başqa bankın ikinci ən böyük səhmdarı olan Rza Sadiqin payı isə 19,01%-dən 17,68%-ə düşüb.

Onu da qeyd edək ki, Rza Sadiq Nigar Mehdiyevanın qardaşıdır. Nigar Mehdiyeva və Rza Sadiq uzun illər Nazirlər Kabinetində yüksək vəzifələrdə çalışan İsmayıl Rza oğlu Sadıqovun övladlarıdır. Bankın üçüncü səhmdarı olan Tükəzban Mahmudovanın payı isə 6%-dən 5,58%-ə kimi azalıb.

Nizamnamə kapitalı 71 milyon 450 min manat olan bank 2010-cu ildə dövlət qeydiyyatına alınıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar: sağ qalan sərnişin ilk dəfə açıqladı – VİDEO

redaktor

Həmkarı Dilarə Əliyevanın vəziyyətindən danışdı

redaktor

Rus millətçiləri konsulluğumuz qarşısında təxribata əl atdılar-Həbs olundular /FOTO

redaktor