Dünya

Fransada islamofobiya davam edir – Yenə Qurani-Kərim yandırıldı

Lionda naməlum şəxs yerli məsciddən müsəlmanların müqəddəs kitabını oğurlayıb və yandırıb.

Tacxeber.com xəbər verir ki, bu barədə Rhone Departamentinin Məscidlər Şurası məlumat yayıb.

 

“İyunun 1-dən 2-nə keçən gecə Ərrahma məscidi İslamofobiyanın hədsiz qorxaq hərəkətinin hədəfi olub. Səhər saat 03:45 radələrində, azan oxunmasına təxminən 20 dəqiqə qalmış namaz zalına üzü açıq bir kişi daxil olub. O, Qurani-Kərimin bir nüsxəsini götürərək yandırıb, sonra isə binanın kənarında qoyub qaçıb, – məlumatda deyilir.

Məscidlər Şurası yerli hakimiyyət orqanlarından hücum edən şəxsin hərəkətlərini kəskin şəkildə pisləməyi xahiş edib. Hadisə ilə bağlı polisə şikayət edilib, araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Saakaşvili yıxılıb, başı dəmir masaya dəyib

redaktor

Ukrayna 2 rus helikopterini vurdu

admin

Hindistanın adı dəyişdi: Ölkə G20-də Bharat adı ilə iştirak edir. – Foto

admin