28 C
Bakı
12 Avqust 2025 21:35
Dünya

Ukrayna ordusu yanacaq daşıyan qatarı partlatdı

Ukrayna ordusunun Zaporojya vilayətində qatarı partlatdığı məlum olub.

Tacxeber.comxəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Akimovka rayonunda, Melitopol yaxınlığında qatarı partladıb.

 

Bu barədə Rusiyanın Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

“Telegram” kanalları isə yazır ki, hadisə mayın 31-nə keçən gecə baş verib. “Dəmir yolu partladıldı, yanacaq çənləri olan qatar relsdən çıxdı”, – deyə qeyd edilir.

Xatırladaq ki, mayın 31-də Bryansk vilayətində avtomobillərin olduğu körpü partladılıb. İyunun 1-nə keçən gecə isə Kursk vilayətində Trosna – Kalinovka magistralının 48-ci km-də dəmir yolu körpüsü uçub.

Tacxeber.com

Oxşar xəbərlər

Məscid tikintisində faciə: Ölən və yaralılar var

redaktor

Azərbaycanlı alimlər dünya səviyyəli uğura imza atdılar!

redaktor

“Ukrayna Kupyansk istiqamətində müdafiəni saxlamaqda çətinlik çəkir” – “Times”

redaktor