16 C
Bakı
27 Sentyabr 2025 22:45
Dünya

Zelenskidən İstanbul danışıqları ilə bağlı SÜRPRİZ AÇIQLAMA

 

İyunun 2-də İstanbulda keçiriləcək danışıqların gündəliyi hələ də Ukrayna Prezidenti Volodimir Zelenskiyə məlum deyil.

Tacxeber.com xəbər verir ki, o, bu barədə şənbə günü axşam çıxışında danışıb.

Ukrayna lideri bəyan edib ki, Kiyev hazırda Rusiya nümayəndə heyətinin İstanbula nə gətirəcəyi barədə dəqiq məlumatlara malik deyil.

 

Zelenskinin sözlərinə görə, nə Türkiyə, nə ABŞ, nə də Kiyevin digər tərəfdaşları belə məlumata malik deyillər.

O, Ukraynanın bu danışıqlarda iştirak edib-etməyəcəyini dəqiqləşdirməyib.

Bundan əvvəl Amerika mediası Moskvanın danışıqlardan əvvəl öz təkliflərini ictimaiyyətə açıqlamağa razı olmamasına baxmayaraq, Ağ Evin Kiyevə orada iştirak etmək üçün təzyiq etdiyini yazmışdı.

Tacxeber.com

Oxşar xəbərlər

Bakının havasında dəm qazı normadan çoxdur

redaktor

İzmirdə müğənnidən qalmaqal: Türkiyə bayrağını görüb səhnəyə çıxmadı – VİDEO, FOTO

admin

Gürcü deputatları “rus qulları” adlandırdı, döyüldü

redaktor