30 C
Bakı
10 Avqust 2025 10:24
DünyaSiyasət

İranın hakimiyyətinin “Zəngəzur dəhlizi” ilə bağlı əvvəlki mövqeyi dəyişməyib – Elxan Şahinoğlu

İrandakı müxtəlif dairələrin Prezident Məsud Pezeşkianın mövqeyi ilə hesablaşmamasının daha bir nümunəsini göstərək.

 

Deməli, İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Ermənistanın İran üçün vacib ölkə olduğunu bildirərkən belə bir cümlə işlədib:

“Ermənistandan eşitmək istəyirəm ki, dəhliz olmayacaq”.

Bunun ardınca İran rəsmisi dəhlizin İran üçün qəbuledilməz olduğunu qeyd edib. Halbuki, İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi səfərindən əvvəl AzTV-yə müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı düşüncələrini belə ifadə etmişdi:

“İran tərəfi düşünür ki, Ermənistanın Azərbaycana yol verməsi onun beynəlxalq hüquqlarını, ərazi bütövlüyünü pozmursa, problem yoxdur”. Belə çıxır ki, İranın hakimiyyət dəhlizlərindəki “Zəngəzur dəhlizi” ilə bağlı əvvəlki “mövqe” dəyişməyib və həmin fikirlər İran Prezidentinin mövqeyinə tərsdir. Başqa sözlə desək, Prezidentə tabe olmalı qurumlar və oradakı rəsmilər dövlət başçısını saymırlar.

 

Elxan Şahinoğlu

Tacxeber.com

Oxşar xəbərlər

Zahid Oruc: “ABŞ ordusunu sülhməramlı kimi Göyçə dağlarında yerləşdirmək olarmı?”

redaktor

Deputat deport edildi: Prezident Moskvaya getməyə bilər?

admin

“ABŞ İsrailə dəstəyi dayandıracaq və canını qurtarmaq üçün qaçacaq”

redaktor