24 C
Bakı
22 İyun 2025 10:15
Cəmiyyətİqtisadiyyat

Xarici ticarətdə müsbət saldo 4 dəfə azalıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 16 milyard 917.6 milyon ABŞ dollarına bərabər olub. Bu da ötən ilin eyni dövrünə nisbətən çoxdur. Ötən ilin ilk dörd ayında bu rəqəm 13.6 milyard dollar olmuşdu.

 

Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.

DGK-nın vurğulamasına görə, son bir ildə ölkə üzrə ixrac 8 milyard 784.7 milyon dollar (7.5 faiz artım), idxal isə 8 milyard 132.9 milyon dollar (48.8 faiz artım) təşkil edib.

Amma xarici ticarət dövriyyəsində 651.79 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 4.1 dəfə azdır.

 

Müstəqil iqtisadçılar idxal-ixrac əməliyyatlarında müsbət saldonun azalmasını ümumən neft hasilatının və qiymətinin azalması, qeyri neft-qaz ixracının lazımı səviyyədə artmaması ilə izah edirlər. Onlar hesab edirlər ki, Azərbaycanın idxaldan asılılığı getdikcə artır.

Hökumət 2025-ci ildə Ümumi Daxili Məhsulda (ÜDM) cüzi – 0.9 faiz artım olduğunu bildirsə də, müstəqil iqtisadçılar hətta bu rəqəmə belə şübhə ilə yanaşırlar. (Azadləq Qəzeti)

 

Tacxxeber.com

Oxşar xəbərlər

Bakıda gözəl mənzərə: tıxacda əsəblərə su səpildi – VİDEO

redaktor

İrandan 40 kq narkotik keçirilməsinin qarşısı alındı

redaktor

Azyaşlı qızlar təhlükədə: “Azərbaycanda təcavüz halları artacaq” – XƏBƏRDARLIQ

redaktor