Hindistanlı yutuber Pakistana casusluq etdiyi iddiası ilə saxlanılıb.
Tacxeber.com xəbər verir ki, mayın 10-da Pakistan və Hindistan arasında əldə olunan atəşkəs razılaşmasından sonra bu hadisə iki ölkə arasında yeni böhran yaradıb.
Məlumata görə, Haryana əyalətindən olan 29 yaşlı səyahət blogeri Jyoti Malhotra son dövlərdə dəfələrlə Pakistana gediş-gəliş edib. Onun son səfəri 2025-ci ilin martında olub. İddia olunur ki, Malhotra bu yaxınlarda Hindistandan deportasiya edilmiş Pakistan Ali Komissiyasının rəsmisi ilə də daimi əlaqədə olub.
Yutuberin atası qızının casus olması ilə bağlı ittihamları rədd edərək onun lazımi icazələri aldıqdan sonra Pakistana getdiyini bildirib. Hazırda Malhotranın Pahalqam hücumu ilə əlaqəsi olub-olmadığı araşdırılır.