24 C
Bakı
12 Avqust 2025 00:52
DünyaMuharibə

Rusiyanın Ukraynaya qarşı irəli sürdüyü tələblərə diqqət: 20% torpağını mənə verməlisən.

Rusiyanın Ukraynaya qarşı irəli sürdüyü tələblərə diqqət edin. Hələ o biri bəndlər bir yana qalsın, açıq – aşkar deyir ki, ən azından 20% torpağını mənə verməlisən, vəssalam. Atəşkəsin də əsas şərti budur.

 

Rusiyanın Ukraynaya irəli sürdüyü şərtlər açıqlanıb — Clash Report

-Rusiya tərəfinin ötən gün İstanbulda keçirilən danışıqlarda səsləndirdiyi əsas tələblər bunlardır:

-Neytral Ukrayna — Ukrayna ərazisində xarici orduların və kütləvi qırğın silahlarının olmaması, bu model Avstriya neytrallığına bənzəyir.

-Reparasiyalardan imtina — hər iki tərəf müharibədən dəymiş zərərə görə qarşılıqlı iddialardan imtina edir.

-Rusdilli vətəndaşların hüquqları — Ukrayna Avropa azlıq hüquqları standartlarını qəbul etməli və “millətçi təbliğata” son qoymalıdır.

-Ərazi tanınması — Ukrayna Rusiya Konstitusiyasına əsaslanan Donetsk, Luqansk, Xerson, Zaporojye və Krım bölgələri ilə bağlı iddiaları inkar etməməli və onların beynəlxalq tanınmasına mane olmamalıdır.

-Atəşkəsin şərti — Ukrayna ordusu Rusiyanın iddia etdiyi beş bölgədən dərhal çıxarılmalıdır.

 

Nəriman Abdinov

Tacxber.com

Oxşar xəbərlər

Üzməyi bacarmayan Ramzan Kadırovu boğulmaqdan son anda xilas oldu

admin

Netanyahu: “İranın nüvə silahı əldə etməməsi üçün əlimdən gələni edəcəyəm”

admin

Atəşkəs müharibənin bitməsi demək deyil – Zelenski

redaktor