13 C
Bakı
24 Mart 2026 18:43
Dünya

Sabiq FTB direktorunun bu paylaşımı ABŞ-ı qarışdırdı: Trampa sui-qəsd çağırışı? – FOTO

ABŞ Federal Tədqiqatlar Bürosunun (FTB) keçmiş rəhbəri Ceyms Komi prezident Donald Trampa sui-qəsd təşviq etdiyi iddia edilən paylaşım edib.

 

Tacxeber.com xəbər verir ki, Məxfi Xidmət daha sonra paylaşımını silən Komi haqqında araşdırma başladıb.

 

Sabiq direktor sosial media hesabında çimərlikdə qum üzərində balıqqulağı ilə yazılmış “86 47” rəqəmlərinin fotosunu “Sahildə gəzinti zamanı rastlaşdığım maraqlı görüntü” şərhi ilə paylaşıb.

 

ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem bu paylaşımı Trampa qarşı sui-qəsd təşviqi kimi qiymətləndirib. O bildirib ki, Milli Təhlükəsizlik Departamenti və Məxfi Xidmət bu təhdidi araşdırır və lazımi cavab veriləcək.

 

Hərbi terminologiyada 86 kimisə aradan qaldırmaq və ya nəyisə ləğv etmək deməkdir. 47 rəqəminin isə ABŞ-ın 47-ci prezidenti Trampa aid olduğu hesab edilir.

Oxşar xəbərlər

Rusiyada ƏMƏLİYYAT: İki azərbaycanlının malları əllərindən alındı

redaktor

Kursk AES yaxınlığında güclü partlayış…

admin

Çin süni intellekt üçün “vahid superkompüter” qurdu- Ölkə boyu nəhəng şəbəkə işə düşdü

redaktor