Dünya

İstanbul görüşü başlamamış “parçalandı” – Ukraynanın bu şərti ilə

Ukrayna Rusiya ilə İstanbulda keçiriləcək danışıqlarda yalnız bir mövzunu müzakirə etməyə hazır olduğunu bəyan edib: 30 günlük atəşkəs.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Ukrayna rəsmiləri “The Wall Street Journal”a (WSJ) məlumat veriblər.

 

“Ukrayna rəsmiləri bildiriblər ki, Rusiya tərəfi ilə yalnız qeyd-şərtsiz 30 günlük atəşkəsin necə həyata keçirilməsi və monitorinqi məsələsini müzakirə etmək üçün görüşəcəklər”, – deyə rəsmilər bildirib.

 

Rusiya danışıqlar qrupu mayın 15-də səhər saatlarında İstanbula gəlib. Nümayəndə heyətinə Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski rəhbərlik edir.

 

Ukrayna prezidenti Vladimir Zelenskinin təyyarəsi bir müddət əvvəl Polşadan Türkiyəyə yola düşüb. Bu barədə Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak məlumat verib.(Publika.az)

Tacxeber.com

Oxşar xəbərlər

Bişkek görüşü və İran mediasında iki fərqli Azərbaycan xətti

redaktor

Sirenlər altında “ilk zəng”: Müharibə Ukraynanın gələcəyini oğurlayır

redaktor

Trampın “möhtəşəm planları” niyə bir-bir fiaskoya uğrayır?

redaktor