
“Lüks çanta ilə gəzmək çox utandırıcıdır”.
Tacxeber.com xəbər verir ki, bu sözləri Türkiyənin ən varlı qadınlarından biri olan Leyla Alaton müsahibəsində deyib.
O, aparıcının “Zövq üçün nəyə pul xərcləyirsiniz. Məsələn, çox bahalı bir çanta alırsınızmı?” sözlərinə verdiyi cavabla təəccübləndirib:
“Vallah, mən bahalı çantaları qiymət etiketi ilə gəzməyə bənzədirəm. Ayıb hesab edirəm. Vaxtilə “məndə də biri olsun “deyə aldığım bir bahalı çantam var. Amma elə çantalarla gəzə bilmirəm. Məncə, bu çox utandırıcı bir şeydir, çünki anamdan belə görmüşəm. Bir zinyət əşyası belə səndən əvvəl gözə görünürsə, yəni mən sizin üzünüzdən əvvəl boyunbağınıza baxıramsa, onu taxmamalısınız. Heç vaxt gücü istifadə etdiyim, geyindiyim, gəzdirdiyim əşyaya aid etmədim.
Bir neçə saat sonra əkinçiliklə bağlı iclasımız var və Denizliyə uçacağam. Təbii ki, ekonom-klassda gedəcəyəm. Nə əlaqəsi var? Niyə biznesdə oturmalıyam? Mənə mənasız, gərəksiz gəlir, israfçılıqdır”, – deyə o əlavə edib.
Onun bu sözləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.