Cəmiyyət

ŞOK! Tanınmış jurnalistlər Azərbaycanı tərk edir — FOTO

Tanınmış telejurnalist, ATV-nin “Bizimləsən” və “Zaurla Günaydın” verilişlərinin aparıcısı Zaur Baxşəliyevin müəllifi olduğu proqramların bağlanacağına dair açıqlaması müzakirəsiz ötüşmədi.

Bunu Zaurun zarafatı kimi qəbul edənlər də oldu.

Tacxeber.com xəbər verir ki, Yenisabah.az məsələnin təfərrüatını öyrənə bilib. ATV-də məsul vəzifə tutan şəxslərdən biri həmin sayta açıqlamasında bu xəbəri təsdiq edib.

Mənbənin dediyinə görə, yaxın vaxtlarda, ən gec sezon sonunda Zaur Baxşəliyevin müəllifi olduğu hər iki veriliş bağlanacaq.

ATV rəsmisi telekanal rəhbərliyinin Zaur-Günay cütlüyünün fəaliyyətindən razı olduğunu bildirib. Qeyd edib ki, Zaurun verilişlərinin bağlanması ATV-nin yayım siyasəti ilə əlaqəli deyil.

Onun sözlərinə görə, Zaur ailəsi ilə birlikdə xaricə köçməyə hazırlaşdığı üçün telekanalla yollarını ayırır.

Mənbə Zaur Baxşəliyevin hansı səbəbdən ölkəni tərk etdiyinə dair məlumatlı olmadığını bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Formula 1: Azərbaycanın büdcəsini udan talançılıq şousu

admin

Bədənşəkilləndirmə əməliyyatı etmək günahdır? – İlahiyyatçı

redaktor

Qohum evliliyinə qadağa varsa, bəs cəza niyə yoxdur?

redaktor