32 C
Bakı
12 Avqust 2025 14:58
DünyaGündəmSiyasət

Əliyev imkan vermir ki, Ermənistan… – Paşinyandan ETİRAF

Əliyev imkan vermir ki, Ermənistan… – Paşinyandan ETİRAF

Azərbaycan Ermənistana silah ixracının qarşının alınmasında mühüm rol oynayır.

Tacxeber.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib.

Paşinyan bildirib ki, müttəfiqləri Ermənistana yüz milyonlarla dollar dəyərində silah-sursat verməkdən imtina ediblər.

“Bəzi hallarda yüz milyonlarla dollar ödənilib, lakin tədarük öhdəlikləri yerinə yetirilməyib. Bunu müttəfiqlərimiz də ediblər. Biz bu ağrılı reallığı dərindən təhlil etməliyik. Azərbaycan bütün istiqamətlərdə, o cümlədən, müttəfiqlərimiz tərəfindən silah tədarükünün qarşısını alır”, – Paşinyan bildirib.

N.Paşinyanın bu açıqlaması erməni ordusunun ağır vəziyyətdə olması faktının məsuliyyətindən yayınmağa, eyni zamanda, son dövlər Qərblə yaxınlaşma, Rusiyadan uzaqlaşma xəttini əsaslandırmağa hesablanıb. Lakin bu açıqlaması ilə rəsmi Bakının gücünü və Prezident İlham Əliyevin uzun illər həyata keçirdiyi ağıllı strategiyasını da etiraf edir.

Tacxeber.az

Oxşar xəbərlər

Tehranda güclü zəlzələ olacaq – Şok xəbərdarlıq edildi

redaktor

ABŞ və Kanada “Titanik”ə gedən turistlər üçün axtarışları gücləndirib

admin

Putin partlayış olan körpüdə maşın sürdü – Video

admin