25 C
Bakı
10 Avqust 2025 23:18
Cəmiyyət

Saleh Məmmədov polisin nəzarəti altında olan direktoru vəzifəsindən AZAD ETDİ

“8 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru İlham Novruzov vəzifəsindən azad edilib.

 

Tacxeber.com“Qaynarinfo”ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov əmr imzalayıb.

 

MMC-nin baş mühasibi Səmayıl Ramazanov quruma direktor əvəzi təyin edilib.

 

Qeyd edək ki, “8 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin direktoru İlham Novruzov Zaqatala rayonunun Lahıc kəndi ərazisindən keçən avtomobil yolu üzərindəki 88 min manat dəyərində olan çox sayda ağacın rayon sakini Anar Hüseynov tərəfindən qanunsuz olaraq kəsilməsini təşkil etməsinə, bununla da ağacların bioloji inkişafına mənfi təsir göstərən nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Hər iki şəxs barəsində cinayət işi açılıb və barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Tacxeber.com

Oxşar xəbərlər

Emin “Sea Breeze”dən ev qazanan qazi ailəsindən görüntülər paylaşdı

redaktor

Dırnaqlarını yeyənlərdə bu vitamin çatışmır

admin

Qanunla ödənişsiz verilməli dərmanlar vətəndaşlara pul ilə satılır? – AÇIQLAMA

redaktor