Dünya

Tramp Fars körfəzinin adını dəyişmək istəyir

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfəri zamanı ABŞ-ın bundan sonra Fars körfəzinə Ərəbistan körfəzi və ya Ərəb körfəzi kimi müraciət edəcəyini açıqlamağı planlaşdırır.

 

Tacxeber.com Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə AP anonim qalmaq istəyən Amerika rəsmilərinə istinadən yazıb.

 

Fars körfəzinin ərəb dövlətləri uzun müddətdir ki, onun Ərəb körfəzi adlandırılmasını tələb edirlər və bu ölkələrin özlərində körfəz adətən belə adlanır. Pentaqon da öz sənədlərində və xəritələrində uzun müddətdir ki, körfəzi Ərəbistan körfəzi kimi qeyd edir.

 

Trampın özü 2017-ci ildə körfəzi Ərəbistan körfəzi adlandırıb və bundan sonra İranın o vaxtkı prezidenti Həsən Ruhani ona “coğrafiyanı öyrənməyi” tövsiyə edib.

 

2012-ci ildə İran xəritələrində körfəzin adının çəkilməməsi qərarına görə “Google”u məhkəməyə verməklə hədələmişdi. Hazırda ABŞ-da “Google Maps”də körfəz “Fars (Ərəb)” kimi etiketlənir.

 

Yanvar ayında Donald Tramp Meksika körfəzinin adının Amerika körfəzi adlandırılmasını əmr etmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Həyat yoldaşı tərk etdi! Kanalizasiya quyusunda 15 il yaşadı

redaktor

Kreml Teleqramı qadağan edir? – Durova müraciət edildi

redaktor

Məhəmməd Mirzəliyə süiq-qəsd hazırlayana 10 il iş verildi.

admin