11 C
Bakı
30 Mart 2026 00:04
DünyaGündəmSiyasət

ABŞ Rusiya-Ukrayna məsələsində ənənəvi siyasətinə dönüş siqnalları verir.

Dövlət Departamenti Ukrayna F-16 təyyarələrinə texniki xidmət, o cümlədən modernizasiya, proqram təminatı, təmir və pilotların təlimi üçün Ukraynaya 310 milyon dollarlıq satış paketini təsdiqləyib. Dövlət Departamentinin açıqlamasında bildirilir ki, bu addım Avropada siyasi sabitlik və iqtisadi tərəqqi baxımından bir güc olan tərəfdaş ölkənin (Ukraynanın) təhlükəsizliyini yaxşılaşdırmaqla ABŞ-ın milli təhlükəsizlik maraqları və xarici siyasət məqsədlərinə xidmət edəcək.

 

Bundan başqa, ABŞ hökuməti Rusiyaya qarşı yeni sanksiya tədbirlərinin (enerji və bank sektorları başda olmaqla) hazırlığını başa çatdırıb. (Senatdakı müvafiq qanun layihəsindən ayrı olaraq). Bu barədə son sözü prezident Tramp deyəcək.

 

Baş verənlər Trampın Rusiyanın mövqeyindən məyusluğunun ifadəsidir. Putinin qarşılıqlı güzəştlərə əsaslanan sülh istəmədiyini və Ukraynanı nəyin bahasına olursa olsun təslimiyyətə məcbur etmək niyyətindən vaz keçmədiyini ABŞ-dakı yeni administrasiya dərk etməyə başlayıb. Bəlkə də bunu əvvəldən bilirdilər, sadəcə, bir müddət tərəfsiz rolda çıxış edib, vasitəçilik missiyası yürüdərək sülh istiqamətində öz şanslarını yoxladılar. Daxildə Ukraynaya yardımın əleyhinə olan respublikaçı kütlələr, eləcə də dünya gördü ki, Tramp sülh yaratmaq üçün çox çalışdı, hətta Ukraynaya təzyiq edib onu güzəştlərə razı saldı, lakin Putin mövqeyini yumşaltmadı və müharibəni davam etdirmək istəyən tərəf məhz Rusiyadır.

 

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Özbək jurnalist Daşkəndi Bakının nümunəsini izləməyə və “Rus Evi” yaratmağa çağırıb.

redaktor

Səhər tezdən birinci işiniz pəncərələri açıb evi havalandırmaqdırsa, etməyin!

redaktor

Yazıçıların qurultayında düşən davanın videosu yayıldı

redaktor