Dünya

Teleaparıcı efirdə rusları qınadı: Allah cəzanızı verəcək!

Rusiyalı teleaparıcı Yelena Malışeva “Birinci Kanal”da yayımlanan “Sağlam yaşa!” verilişinin efirində huşunu itirənlərə ilkin tibbi yardım göstərməyən rusları qınayıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

 

“Əgər siz insansınızsa, hərəkətə keçmək öhdəliyiniz var. Və bir insanın gözünüzün qabağında yıxılmasına şahid ola-ola sadəcə durub baxırsınızsa, sanki onun ölməsini gözləyirsinizsə, Allah sizi cəzalandıracaq”, – Malışeva vurğulayıb.

 

O, bildirib ki, Rusiyanın hər bir sakini ilkin tibbi yardım göstərməyi bacarmalıdır.

 

Xatırladaq ki, veriliş zamanı qonaqlardan biri aparıcıdan huşunu itirmə hadisəsinin şahidi olan şəxsin bu vəziyyətdə kömək etməyə çalışmalı olub-olmadığını soruşub.

Tacxeber.com

Oxşar xəbərlər

“Rusiya uçuruma yuvarlanır”: ədəbiyyat mükafatı laureatı

redaktor

Ukrayna ballistik raketlər istehsal edəcək

redaktor

İrlandiyada 1 milyon insanın öldüyü dəhşətli aclıq – Türk sultanın jesti. Bu səbəbdən İrlandiyanın əsas liqasında çıxış edən komandanın loqosunda İslam simvolları – ulduz və aypara əks olunub.

admin