3 C
Bakı
11 Fevral 2026 17:55
Dünya

Avropa Zelenskinin Krımla bağlı mövqeyini dəstəkləyib

Avropa ABŞ prezidenti Donald Tramp administrasiyasına Krımı Rusiya kimi tanımayacağını çatdırıb.

 

Tacxeber.com bu barədə “Funancial Times” qəzetinə istinadla yazır.

 

“Artıq Tramp administrasiyasına bildirilib ki, Avropa paytaxtlarının Krımı Rusiya kimi tanıması qeyri-mümkündür”, – deyə nəşrdə rəsmilərdən biri sitat gətirib.

 

Mənbə qeyd edir ki, Avropanın ən böyük paytaxtları Vaşinqtonu yarımadanı birtərəfli qaydada Rusiyanın bir hissəsi kimi tanımaqdan çəkinməlidir.

 

Nəşrin yazdığına görə, Avropa ABŞ-ın Krımın Rusiya kimi tanınması və ya bu məsələdə Kiyevə təzyiq göstərməsi istiqamətində hər hansı addımını dəstəkləməkdən imtina edir. Avropanın ən böyük paytaxtları Ukraynanın suverenliyini pozacaq heç bir qərar qəbul etməyəcəkləri ilə bağlı öz mövqelərinə möhkəm sadiq qalırlar.

 

Ukrayna prezidenti Volodimir Zelenski də Krımın Rusiyaya məxsus olmasını qəti şəkildə rədd edib. Kiyevin bu mövzuda heç bir razılaşmanı qəbul etməyəcəyini bildirən Putin, Ukraynanın heç vaxt “Krımın işğalını” qanuni tanımayacağını vurğulayıb. Zelenski bunun ölkə Konstitusiyasına zidd olduğunu bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanlı qadın terrorçuluğa görə axtarılır – Foto

redaktor

Yerə yaxınlaşan təhlükəli asteroidin toqquşma ehtimalı əhəmiyyətli dərəcədə artdı

redaktor

Ermənilər “Sarı gəlin”lə bağlı yalanlarını özləri ifşa etdilər – VİDEO

redaktor