Dünya

“Kuruluş Osman” serialının aktyoru oğru çıxdı – FOTO

Türkiyənin məşhur “Kuruluş Osman” serialının aktyoru Ümit Gündeşin İstanbulun Avcılar rayonunda çamadan oğurladığı müəyyən edilib.

Tacxeber.com xəbər verir ki, hadisə martın 27-də baş verib.

 

O, mağazanın qarşısındakı çamadanı oğurlayaraq, ərazidən uzaqlaşıb. Oğurluq hadisəsi ilə bağlı araşdırma aparan polis əməkdaşları çamadanın bir çox seriallarda rol almış Ü.Gündeş tərəfindən oğurlandığını müəyyənləşdiriblər.

 

Mağaza sahibləri şikayətçi olmadıqlarına görə, aktyora qarşı ittiham irəli sürülməyib.

 

Ü.Gündeşin keçən il marketlərin birində yağ oğurlaması müşahidə kameralarına düşmüşdü. (Oxu.az)

Oxşar xəbərlər

Təyyarə küçədə insanların üzərinə düşdü – Braziliyada – Video

redaktor

Hərbçilərimizi Ukraynaya göndərməyəcəyik – Sunak

redaktor

03:15 08.11.2022 Sabah “Qanlı Ay” tutulması baş verəcək

admin