18 C
Bakı
08 Oktyabr 2026 01:22
Dünya

Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik

Türkiyə əhalinin azalma tempinin “həyəcan səviyyəsi”ndədir, ölkə orduya göndərmək üçün gənc insan çatışmazlığı ilə üzləşə bilər.

 

Oxu.Az “CNN Türk” telekanalına istinadla xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş deyib.

“Bizdə doğum əmsalı 1.51, əhalinin özünü yeniləmə əmsalı 2.1 təşkil edir. Hazırda Türkiyə özünü “yeniləyə” bilmir. Biz qocalırıq. Bu, bir çox aspektlə bağlıdır: istehsaldan tutmuş məşğulluğa və səhiyyəyə qədər” , – deyə nazir vurğulayıb.

 

Onun sözlərinə görə, Türkiyə əhalisi arasında 65 yaşlıların payı 10 faizi keçib.

2024-cü ilin sonuna olan məlumata görə, Türkiyədə 17 yaşa qədər uşaq və yeniyetmələrin sayı 21.8 milyon nəfər və ya ölkə əhalisinin 25.5 faizini təşkil edir.

Tacxeber.com

Oxşar xəbərlər

Bu, kəşfiyyat tarixində informasiya almaq üçün ödənilən ən böyük məbləğlərdən idi

admin

“Tanqo üçün iki nəfər lazımdır”: Ukrayna beş atəşkəs formatı hazırlayır

redaktor

Məkkə İttifaqı

redaktor