DünyaSiyasət

Tbilisidə Avropaya inteqrasiya tələbi ilə genişmiqyaslı aksiya keçirilib

Noyabrın 28-də Tbilisidə Gürcüstanın Avropa İttifaqına inteqrasiyasının bərpası tələbi ilə genişmiqyaslı etiraz aksiyası keçirilib.

Aksiya Gürcüstan hökumətinin 2024-cü il noyabrın 28-də Avropa İttifaqına üzvlüklə bağlı danışıqların 2028-ci ilin sonunadək dayandırılması barədə qərarının ikinci ildönümünə həsr olunub.

Etirazçılar Tbilisi Dövlət Universitetinin yaxınlığından, Avlabari metro stansiyasından və Orbeliani meydanından yürüşlərə başlayıblar. Müxtəlif istiqamətlərdən hərəkət edən yürüş iştirakçıları Azadlıq meydanında bir araya gəliblər. Aksiyada minlərlə insan iştirak edib.

Nümayişçilər Gürcüstan və Avropa İttifaqının bayraqlarını qaldıraraq ölkənin Avropa inteqrasiyası kursunun bərpasını tələb ediblər. Aksiyanın əsas şüarları “İvanişvilisiz Gürcüstan” və “Gürcüstan Avropadır” olub.

Aksiya iştirakçılarının əsas tələbləri Avropa İttifaqına üzvlük danışıqlarının bərpası, növbədənkənar parlament seçkilərinin keçirilməsi və etirazlar zamanı saxlanılan şəxslərin azadlığa buraxılmasıdır.

Qeyd edək ki, 2024-cü il noyabrın 28-də hökumətin qərarından sonra ölkədə kütləvi etiraz aksiyaları başlayıb. Son iki il ərzində müxtəlif şəhərlərdə davam edən nümayişlər Gürcüstanın siyasi gündəminin əsas mövzularından biri olaraq qalır. (QafqazTürkMedia)

 

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyədə həftənin sualı: İmamoğlu yoxdursa, Yavaş susursa — Özəl kimi açıqlayacaq?

redaktor

Tramp İrana hücum tarixini niyə davamlı təxirə salır? Cavab yanvarda gizlənib

redaktor

Əfqanıstanda qadınlara indi də ad qadağan olundu

redaktor